Motosikletlə toya gələn bəy və gəlin görənləri təəccübləndirdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Gəlinlərin əksəriyyəti toy günü klassik və ya lüks avtomobillərə üstünlük verirlər. Bəziləri isə fərqlənmək üçün traktor, yük maşını, hətta at arabası kimi nəqliyyat vasitələrinə üz tuturlar.
Lakin budəfəki bəy və gəlin hamıdan fərqli bir seçim edərək toy məclisinə motosikletlə qatılıblar. Bu qeyri-adi qərarın arxasında duran gəlin - 4 ilin baykeri Fatimə Məlikli sözügedən addımının səbəblərini Baku TV-yə açıqlayıb.
"Motosiklet sürmək uşaqlıq arzum və həyatımın ayrılmaz hissəsidir. Buna görə də ən özəl günümün bir parçası olmasını istədim. Yolda hər hansı problem yaşanmasın deyə bəylə birlikdə xüsusi təlim də keçmişdik. Əslində, məqsədimiz zalın içərisinə motosikletlə girmək yox, sadəcə, xüsusi çəkiliş üçün motosiklet karvanı ilə yürüş etmək idi. Lakin restoranın qarşısına çatanda atam mənə sürpriz edərək rəhbərliklə danışdı və zala motosikletlə daxil olmağımızı təşkil etdi. Sosial şəbəkələrdəki tənqidlərə gəlincə, hər kəsin fikrinə hörmətlə yanaşıram. İnsanlara elə bir xoşbəxtlik arzulayıram ki, başqalarının həyatını müzakirə etməyə vaxtları qalmasın", - deyə o bildirib.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...