Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın iri pərakəndə şəbəkələrində yeni məhsul - narlar satışa çıxarılır. Onların minimal qiyməti 1 kq üçün 450 rubldan (təxminən 9 manat - red.) başlayır. Təklif artdıqca çeşid genişlənir, qiymət isə aşağı düşür.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasının İdarə heyətinin sədri İqor Karavayev məlumat verib.
"Nar mövsümi meyvələrə aiddir və əsas tədarükçü ölkələrdə onun əsas məhsulu payıza təsadüf edir. Hazırda iri pərakəndə şəbəkələrə tədarük Türkiyə, Azərbaycan, eləcə də məhsulun ilin birinci yarısında yığıldığı Perudan həyata keçirilir", - deyə ekspert bildirib.
O bildirib ki, yeni məhsullar satışa yenicə daxil olmağa başlayıb. Hazırda iri pərakəndə şəbəkələrdə bir məhsul mövqeyi təqdim olunur və minimal qiymət 1 kq üçün 450 rubldan (təxminən 9 manat - red.) başlayır.
Oxşar xəbərlər
Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA
Bu ilin sentyabr ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 0,9 % artaraq 8 milyard 977 milyon manat təşkil edib. BAKU.WS Azərbaycan M...