Şəkidə kanat faciəsinin TƏFƏRRÜATI: Tros qırılıb, yoxsa?
"Şəki Yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə qoşaçarxlı kanat tipli qurğudan istifadə zamanı baş verib.
Məlumata görə, Bakıdan Şəki şəhərinə istirahətə gedən 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov qurğudan istifadə edərkən trosun və qurğunun digər hissələrinin texniki vəziyyəti yoxlanılmayıb. Onlar qurğuda hərəkətdə olarkən kanat tipli qurğunun asılqanlı diyircəyinin trosdan çıxdığı bildirilir.
Hadisə nəticəsində hər iki şəxs dünyasını dəyişib.
Qeyd edək ki, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində baş verib. İlkin məlumatda kanat yolunun trosunun qırılması nəticəsində iki nəfərin yüksəklikdən düşərək öldüyü bildirilmişdi. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Zaur Rzayevə assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olundu
Xalq artisti Zaur Rzayev 05.09.2026-cı il tarixdə saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub. BAKU.WS report-...