SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, səkkizmərtəbəli yaşayış binasının 7 və 8-ci mərtəbəsində yanğın baş verib.
 
BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan 5 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, 7-ci mərtəbədə vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları və 8-ci mərtəbədə digər vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin lambirdən ibarət tavanı 4 m2 sahədə (ümumi 144 m2) yanıb.
 
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
 
Yanğın saat 07:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
BAKU.WS