Dənizdən meyiti tapılan şəxs tələbə imiş...
01
iyl
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 29-da Bakı Ağ Şəhər bulvarı ərazisində dənizdən meyiti tapılan şəxs Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi imiş.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Akademiyanın tələbəsi 18 yaşlı Abbas İsmayılov olduğu müəyyən edilib.
O, ADDA-da "gəmi energetik qurğularının istismarı mühəndisliyi" ixtisasının II kurs tələbəsi olub.
A.İsmayılovun hansı şəraitdə və nə vaxt dənizə düşərək öldüyü hələlik məlum deyil.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb
Nepal polisi pul müqabilində vətəndaşlara xaricdə, o cümlədən Azərbaycan və Kanadada iş vəd edən 2 nəfəri dələduzluq şübhəsi ilə saxlayıb. "Report" Nepal medias...