Gecələr Xırdalanda nə baş verir? - Hər gün 12-dən sonra...

Xırdalanda sakinləri narahat edən daha bir məsələ səs-küy problemidir.
BAKU.WS-in "qaynar xətti"nə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yaşayan sakinlər tərəfindən çoxsaylı şikayət daxil olub.
Sakinlərin sözlərinə görə, həmin ərazidə axşam saatlarından başlayaraq davam edən səs-küy onların gündəlik həyatına ciddi şəkildə mənfi təsir göstərir.
Şikayətdə bildirilir ki, demək olar hər 30 dəqiqədən bir avtomobillərdə yüksək səslə musiqi səslənir, motosikletlərin yaratdığı gurultu isə hətta gecə saat 12-dən sonra da səngimir.
Nəticədə ailələr evdə rahat şəkildə istirahət edə bilmir, körpə uşaqlar səsə görə tez-tez yuxudan oyanırlar.
"Bu evdə yatanı, xəstəsi, körpəsi olan var. Səs-küydən evdə otura bilmirik. Tək mən yox, bu küçədə yaşayan bir çox ailə bu vəziyyətdən əziyyət çəkir," – deyə sakinlər bildirir.
Oxşar xəbərlər
Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb
Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb. Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Ag...
