Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi Vətənə yola salınıb

Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi təyyarə ilə Vətənə yola salınıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-un Rusiya bürosu məlumat yayıb.
Təyyarənin Bakı vaxtı ilə saat 20:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enməsi gözlənilir.
*** 14:12
Yekaterinburqda iyunun 27-də OMON-un hücumu nəticəsində qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi ailə üzvlərinə təhvil verilib.
BAKU.WS xəbər verir ki, bu barədə report-un Rusiya bürosu bildirib.
Onların nəşi Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqunda saxlanılırdı.
Meyitlərin Bakı vaxtı ilə saat 20:30-da Azərbaycana gətirilməsi gözlənilir.
Qalereya
Oxşar xəbərlər
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Eyvazallar kəndi ərazisində qeydə alınıb. Belə ki...
