"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları bilinib

Polisin "Sputnik Azərbaycan"ın ofisində əməliyyatı zamanı saxlanılanların adları bilinib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar "Sputnik"in Bakı filialının icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousovdur.
Qeyd edək ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan") 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.
Qeyd olunub ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Ana balasının vəfat xəbərini eşidib öldü - Abşeron Gənclər Şəhərciyində usta faciəyə səbəb oldu
İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, partlayış usta siqaret çəkmək istə...