Bayram öncəsi pensiya gözləyənlərə ŞAD XƏBƏR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyunun 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının qrafikdən əvvəl ödənilməsini nəzərdə tutub.
BAKU.WS xəbər verir ki, bu barədə fond məlumat yayıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişinin vaxtından əvvəl həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Oxşar xəbərlər
Sumqayıtda məktəbin qarşısında ACINACAQLI VƏZİYYƏT: Yol keçilməz olub
Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsinin sakinləri yol problemindən şikayətçidirlər. Sakinlərin sözlərinə görə, yolda uzun müddətdir aparılan təmir işləri hələ...