"Maşın Bazarı"nın yaxınlığındakı YANĞIN SÖNDÜRÜLDÜ
Bakı şəhəri, Yasamal rayonu ərazisində məişət və təkər tullantıları yığılmış sahədə baş vermiş yanğın söndürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata əsasən, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının genişlənməsinə imkan vermədən qısa müddətdə söndürüb.
***12:39
Badamdar qəsəbəsində yanğın hadisəsi başlayıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, "Maşın Bazarı"nın yaxınlığında təkər məişət tullantıları yanır.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, nazirliyin yanğından mühafizə bölmələri yanğının söndürülməsi istiqamətində tədbirlər görür.
Oxşar xəbərlər
Şəmkirdə 35 yaşlı qadın BIÇAQLANDI - Şübhəli bilinən qardaşı saxlanıldı
Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərin birində qeydə alınıb. Belə ki,...