Bakı səmasında uçan obyektin nə olduğu AÇIQLANDI

"Ötən gecə Bakı səmasında görüntülənən obyektlər İlon Maskın "Starlink" peykləridir. Onlar qrup halında buraxılır. 18 iyunda da bir qrup buraxılıb".
Bunu BAKU.WS-in sorğusuna cavab olaraq Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov bildirib.
Onun sözlərinə görə, "Starlink" peyklərinin göndərilməsi 2015-dən planlaşdırılıb:
"İlk buraxılış 2018-ci ilin fevralında olub. 2025-ci il də daxil olmaqla hazırda onların sayı 8987-dir. Gələcəkdə bu say bir neçə 10000-ə çatdırılacaq. "Starlink" peykləri internet üçün nəzərdə tutulub. Hər qrupda 20-yə qədər ola bilir" - deyə Xıdır Mikayılov qeyd edib.
***08:17
Bu gün gecə saatlarında Bakı səmasında uçan naməlum obyekt müşahidə olunub.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə müxtəlif ərazilərdən videogörüntülər daxil olub.
Paytaxtn müxtəlif ərazilərindən çəkilən videolarda səmada qəribə formalı işıq görünür.
Uçan naməlum obyekt bir müddət sonra yoxa çıxıb.
Oxşar xəbərlər
Şəbnəm Həsənova: Azərbaycanın böyük kazino turizmi potensialı var
"Kazino inkişafı fenomeni kifayət qədər yeni bir tendensiyadır. Bu sektor son illərdə dünyada əhəmiyyətli artım yaşayır və geniş populyarlıq qazanır". Bunu BAK...
