Yeni evlənən aktrisa həyat yoldaşı ilə görüntülərini paylaşdı
Bir müddət əvvəl ailə quran aktrisa Ləman Mərrih şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, o instaqram hesabında rejissor həyat Emil Abdullayevlə fotolarını paylaşıb.
Aktrisa onun ad günü olduğunu vurğulayıb. Ləman həyat yoldaşı ilə yeni şəkillərini paylaşaraq ona xoş sözlərini bildirib:
"Onunla yollarımız kəsişəndə mən tamam başqa adam idim. Özümü daha bu dünya ilə bağlı heç bir həvəsimin qalmadığına inandırmışdım. Məni möcüzələrin var olduğuna inandırdı. Bu gün onun doğum günüdür, mənim doğum günüm isə həyatıma gəldiyi gündən hesablanır".
Xatırladaq ki, Ləman Mərrih "Yuğ" teatrının aktrisasıdır. Emillə Ləman bu ilin fevralında nişanlanıblar, iyunda isə ailə qurublar.
Qalereya
Oxşar xəbərlər
Rafel İsgəndərov Nəcəfə ziyarətə getdi
Əməkdar artist Rafel İsgəndərov ziyarətə gedib. BAKU.WS xəbər verir ki, o İraqa yollanıb. Aktyor bu barədə sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, ha...