SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Qırmızı körpü" sərhəd-keçid məntəqəsində maraqlı görüntülər qeydə alınıb. 
 
BAKU.WS-in məlumatına görə, videoda vətəndaşların sərhəd-keçid məntəqəsindən mal keçirmək cəhdləri əks olunub. 
 
Gömrük işçilərinin təkidinə baxmayaraq vətəndaşlar qanunsuz şəkildə yoxlanışdan keçmədən çantalarını götürməyə çalışıb. BAKU.WS əməkdaşı hadisə ilə bağlı Gömrük Komitəsinə məlumat verib. Yaxın saatlarda məsələ ilə bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.  
 
Video sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. 
 
Nazim Babayev
BAKU.WS