Azərbaycan diaspor nümayəndələri Gürcüstana buraxılmadı

Azərbaycan diaspor nümayəndələri Gürcüstana buraxılmadı
Siyasət 1200

Beynəlxalq Diaspora Mərkəzinin (BDM) yerli nümayəndəliyinin təşkilatçılığı ilə 23 aprel 2016-cı il tarixində Ermənistanın Tiflisdəki səfirliyi qarşısında dinc etiraz aksiyası keçirmək məqsədilə Gürcüstana yola düşən Azərbaycan nümayəndə heyəti Gürcüstana buraxılmayıb.

Bu barədə BAKU.WS-ə BDM mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, nümayəndə heyətinin tərkibində olan mərkəzin sədri İsmayıl Ağayev, sədr müavini Samir Adıgözəlli, təşkilatın Gürcüstan nümayəndəliyinin rəhbəri Namiq İsayev heç bir səbəb göstərilmədən Gürcüstan sərhədçiləri tərəfindən saxlanılıb.

İsmayıl Ağayev və Namiq İsayev "Qırmızı körpü” sərhəd keçid məntəqəsindən geri qaytarılıb. Samir Adıgözəlli isə Qardabanidə 3 saat saxlandıqdan sonra "Sadıqlı” keçid məntəqəsindən Azərbaycana buraxılıb.

Hadisə ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət olunub. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər