“Sınıq Körpü” gömrük keçid məntəqəsində yaranan sıxlıqla bağlı rəsmi məlumat (FOTO)

“Sınıq Körpü” gömrük keçid məntəqəsində yaranan sıxlıqla bağlı rəsmi məlumat (FOTO)
Hadisə 1741

Ötən gündən etibarən bəzi kütləvi informasiya vasitələrində Gürcüstan ilə sərhəddə yerləşən "Sınıq Körpü” gömrük keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qeyri-iş günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müəyyən artım müşahidə olunub. Nəticədə ötən gün qonşu ölkəyə gedənlərin kütləvi şəkildə geri qayıtması Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü” gömrük keçid məntəqəsində qısa müddətli, cüzi sıxlığın yaranmasına səbəb olub. Dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb. Hazırda "Sınıq Körpü” gömrük keçid məntəqəsində nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində hər hansı bir sıxlıq müşahidə olunmur. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Gürcüstan sərhədində gərginlik  (VİDEO)

Gürcüstan sərhədində gərginlik (VİDEO)

Artıq 8 saata yaxındır ki, Azərbaycanla Gürcüstan arasında yerləşən "Sınıq körpü” sərhəd keçid məntəqəsində avtomobillərin ölkəyə buraxılmasında problem yaranıb...

1414 Hadisə 10:41 09 noyabr 2015

Son xəbərlər