SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qan xərçəngi diaqnozu qoyulan tanınmış rejissor Şahin Zəkizadə ölümlə üz-üzə qalıb.

BAKU.WS publika.az-a istinadən bildirir ki, açıqlama verən rejissor başına gələnləri yuxu adlandırıb: "İndiyə qədər səhhətimdə heç bir narahatlıq yox idi. Həkimlər birdən-birə məndə qan xəstəliyi aşkarladılar. Analizlərin cavabı dəhşətlidir. Bütün bunlar mənə yuxu kimi gəlir. Müalicəm üçün külli miqdarda pul lazımdır. Tez bir zamanda ya Türkiyə, ya da İranda müalicə olunmasam, həyatımla vidalaşacam. Yaşamaq istəyirəm, mənə kömək edin".

Qeyd edək ki, Ş.Zəkizadə Azərbaycanda klip çəkən ilk rejissorlardandır. Bir çox məşhurların kliplərini o ekranlaşdırıb.
 
BAKU.WS