Bakıda avtobuslar tamamilə nə vaxt yenilənəcək? - RƏSMİ CAVAB

"Avtobus parkının yenilənməsi prioritet vəzifələrdən biridir. 2024-cü ildə 11 marşrut üzrə 154 avtobus yenilənib. Bu marşrutların əksəriyyəti paytaxtın kənd və qəsəbələrini əhatə edir".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, hazırda Bakıda avtobusların ümumi parkı 2200 ədəddir:
"COP-29 ərəfəsində ölkəyə gətirilən 160 elektrik avtobusu paytaxtın müxtəlif marşrutlarında xətlərə buraxılıb. Özəl daşıyıcı şirkətlər də təmiz texnologiyalar əsasında işləyən 60 avtobus alıb və mərhələli şəkildə istifadəyə verir. Əlavə olaraq, 2025-ci ildə özəl daşıyıcılar tərəfindən 100-dən çox avtobusun gətirilməsi gözlənilir. Bundan əlavə, 200-dən çox avtobus təmir edilərək xidmətə qaytarılıb. Hazırda Bakıda avtobusların ümumi parkı 2200 ədəddir. Bu rəqəmin 2500-ə çatdırılması nəzərdə tutulur. Həmçinin yaxın zamanlara avtobusların yerli istehsalına başlanılacaq.
Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə çıxarılır. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.
Yeri gəlmişkən, AYNA sərnişindaşınma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə mayın 1-dən paytaxtda fəaliyyət göstərən 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edib. Bu marşrut xətləri Bakıətrafı qəsəbələri əhatə edir. Belə ki, 91, 105, 147, 158 və 216 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar yeni avtobuslarla xətlərin istismarını həyata keçirirlər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Nazirdən yeni TƏYİNAT
General-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəs...
