Bakıda minik avtomobili furqona çırpılıb, ölən var

Bakıda minik avtomobili furqona çırpılıb, ölən var
Hadisə 94

Bakıda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Əliyev Əli Sahib oğlu özünə məxsus "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan 1978-ci il təvəllüdlü Biləsuvar rayon sakini Əliyev Eldəniz Abuzər oğlunun idarə etdiyi "Ford Transit" markalı avtomobilə arxadan çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Son xəbərlər