İyunda 13 gün iş olmayacaq
İyun ayının qeyri-iş günləri açıqlanıb.
BAKU.WS xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, iyunun 7-si şənbə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində iyunun 9-u qeyri-iş günü hesab ediləcək. Beləliklə, Qurban bayramı ilə əlaqədar ardıcıl olaraq 6,7,8 və 9 iyunda iş olmayacaq.
15 iyun Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində 16 iyun iş olmayacaq.
İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyri-iş günü olur. Belə ki, həftəsonları da daxil olmaqla, iyunda 13 gün qeyri-iş günü olacaq.
Oxşar xəbərlər
Balakişi Qasımov Baku TV-ni nümunə göstərdi: "Çox böyük baxış sayları var"
"Baku TV-nin də daxil olduğu Azərbaycan kanalları sosial şəbəkələrdə aktivdir, lakin biz "YouTube" üçün ayrıca kontent istehsal etmirik". Bunu İctimai Televiziy...