Bakının iki qəsəbəsində qaz olmayacaq
13
may
2025
09:38
Bu gün Bakının Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə mayın 13-də saat 10:00-dan etibarən işlər başa çatanadək Maştağa və Qızıldaş qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Dərs saatları dəyişdirilə bilər? - YENİ TƏKLİF
Bakıda nəqliyyat sıxlığının azaldılması üçün orta ümumtəhsil məktəblərində dərslərin başlama saatının dəyişdirilməsi təklif olunur. Bəs bu addım tıxac problemin...