SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyədə öldürülən azərbaycanlı qadının qatilinə bəraət verilib.


 

BAKU.WS məlumat verir ki, 14 il əvvəl İstanbulda öldürülən Təzəgül Dadaşova adlı azərbaycanlı qadının qatili dəlil yetərsizliyindən bəraət alıb.

2001-ci ildə İstanbulda əl arabasının içindən çoxlu sayda bıçaqlanmış, ayaqları, qolları kəsilmiş qadın cəsədi tapılıb. Bundan bir neçə gün sonra isə Bakırköy sahilində qadın başı tapılıb. Tapılan cəsədlərin eyni adama aid olduğunu müəyyənləşdirmək üçün cəsəd ekspertizaya göndərilib. Həmin vaxt anasının itkin düşməsi ilə bağlı Saleh Dadaşov polisə müraciət edib. Anası Təzəgül Dadaşovanın uzun müddətdir Türkiyə vətəndaşı olan Movlud Soytürk tərəfindən təhdid olunduğunu bildirib. Movlud Soytürk polisə çağırılıb və ifadə verdikdən sonra sərbəst buraxılıb.


Hadisədən 11 il sonra cinayət işi yenidən açılıb. Təzəgül Dadaşovanın cəsədi yenidən ekspertizaya göndərilib. DNT testindən sonra 2012-ci ildə cəsədin Təzəgül Dadaşovaya aid olduğu müəyyənləşib. Molvud Soytürk yenidən polisə çağırılıb. Araşdırmalar nəticəsində Dadaşovanın sonuncu dəfə Movlud Soytürklə görüşdüyü təsdiq olunub və qatil həbs olunub.


Ötən gün Ağır Cinayətlər məhkəməsində sonuncu məhkəmə prossesi keçirilən Movlud Soytürkə dəlil yetərsizlyini əsas gətirərək bəraət verilib. Qatil məhkəmə zalından sərbəst buraxılıb.


Ayşən Ayxan

BAKU.WS