İnsanlıq ölməyib: Qolları olmayan oğul anasına qulluq edir (FOTO)
Çində qolları olmayan şikəst kişi yaşlı anasına can-başla qulluq edir. BAKU.WS-in məlumatına görə, çinli müxbirlər həmin təsirli anların fotolarını sosial şəbəkələrdə paylaşıblar. Fotoda 48 yaşlı Çin Xin hər iki qolları olmamasına baxmayaraq anasının hər bir istəyini yerinə yetirir. Xin hətta iflic olan qadını yedirdir. O, dişilə tutduğu qaşıqla dolu yeməyi tutub və anasına verir. Bundan başqa, o bütün ev işlərini ayaqları ilə görür. Hətta ayaqları ilə yemək bişirir. Qeyd edək ki, Çin Xini 7 yaşında olarkən elektrik enerjisi vurur. Bunun nəticəsində onun qollarını kəsirlər. Bundan sonra Xin ayaqları ilə iş görməyi öyrənir. 20 yaşı olarkən atasını itirən Xin anasına çox bağlanır. Anası ilə yalnız qalan Xin bütün çətinliklərə baxmayaraq evin qayğısına qalır. Anası xəstələnəndən sonra isə ona körpə uşaq kimi qulluq edir.
BAKU.WS həmin fotonu təqdim edir: Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
3 uşaq anası pornofilmə çəkiləcək (FOTO)
Tanınmış Hollivud ulduzu, amerikalı aktrisa Cenifer Qarnerə 10 illik əri Ben Aflektən boşanandan sonra sərfəli təklif gəlib. BAKU.WS-in məluamtına görə, tanın...