SİZİN REKLAM BURADA!
055 213 76 73


Məlumat verildiyi kimi, 25 iyul 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

BAKU.WS FHN-ə istinadla xəbər verir ki, hadisə barədə 00:10-da daxil olmuş məlumat əsasında 00:20-də ilk yanğından mühafizə bölmələri hadisə yerinə çatıb.

Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində havanın küləkli olmasına baxmayaraq, yanğın geniş əraziyə yayılmasının, yamacın yuxarı və aşağı hissələrində yerləşən yaşayış evlərinə tərəf genişlənməsinin qarşısı alınaraq saat 01:10-da söndürülüb.

Yanğın nəticəsində, təqribən, 10 hektar sahədə quru ot və kol-kos, bir neçə yeni əkilmiş ağac, suvarma sistemləri üçün nəzərdə tutulmuş plastik su boruları 100 p.m. yanıb.

Qeyd edək ki, sürüşmə zonası olan ərazinin relyefinin mürəkkəbliyi səbəbindən yanğınla mübarizə tədbirlərində yanğın texnikalarının tətbiq edilməsi mümkün olmadığından yanğınsöndürmə işlərində əl əməyindən istifadə olunub.

Hadisə ilə əlaqədar fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ərazidə olub.

***09:10

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə və yaşayış evlərinə tərəf yayılmasının qarşısı alınıb.

İlkin məlumata əsasən, yanğın nəticəsində quru ot və kol-kos yanıb.

Qeyd edək ki, ərazinin relyefinin mürəkkəbliyi səbəbindən yanğınsöndürmə işlərinə yanğın texnikalarının cəlb olunması mümkün olmayıb. Yanğınsöndürmə işlərində əl əməyindən istifadə olunub.

BAKU.WS
VİDEO