Azərbaycanın Xalq şairi, tanınmış publisist Söhrab Tahir vəfat edib.
 
Bunu ANS PRESS-ə  Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri Rauf Aslanov məlumat verib. Onun sözlərinə görə, şair bu gün səhər 8 radələrində öz yaşadığı evdə dünyasını dəyişib.

"Hər iki ayağı amputasiya olunan, böyrəyi fəaliyyətini dayandıran şair bu gün səhər vəfat edib"
"Bilirsiniz, onun hər iki ayağı amputasiya olunmuşdu. İki gün öncə isə böyrəyinin biri fəaliyyətini dayandırıb. Xəstə idi. Ölümünün səbəbi də budur. Şair bir azdan dəfn olunacaq", - deyə Rauf Aslanov bildirib.

Şairin bu ilin martında əvvəlcə, bir, daha sonra digər ayağı amputasiya olunub. Söhrab Tahir uzun müddət Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsində yatıb. 
 
BAKU.WS