Polşada azərbaycanlı gənclərə hücum: Silahlı dəstədə erməni olub
27
dek
2018
13:15
Polşada paytaxt Varşavanın Belvederska küçəsi yaxınlığında bir qrup azərbaycanlı tələbə aralarında milliyətcə erməninin olduğu bir qrup yerli gənclərin soyuq silahlı hücumuna məruz qalıb. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə nəticəsində azərbaycanlı tələbələrdən 1998-ci il təvəllüdlü Qobaçov Qurban və 2000-ci il təvəllüdlü Hüseynov Roman xəsarət alıblar.Hadisəyə səbəb axşam saatlarında yerli klubların birindən içkili halda çıxan dəstənin azərbaycanlı gənclərlə mübahisə etməsi olub. Mübahisə zamanı qarşı dəstədən bir gənc erməni olduğunu və azərbaycanlılara nifrət etdiyini bağırıb. Mübahisə zəmnində qarşı tərəfin azərbaycanlıları söyüşlə təhqir etməsi əlbəyaxa davaya çevrilib. Dava zamanı azərbaycanlı tələbələri "beşbarmaq" adlanan soyuq silahlarla yaralayan dəstə üzvləri hadisə yerindən qaçıblar.Yaralanan azərbaycanlı gənclərin vəziyyəti hazırda normaldır. BAKU.WS
Oxşar xəbərlər
Sərxoş ermənilər kafedə azərbaycanlını vəhşicəsinə döydülər
Ukraynanın Zaporoje vilayətinin Melitopol şəhərində kafelərdən birində bir qrup erməni Azərbaycan vətəndaşı, əslən Kəlbəcər rayonundan olan, 1963-cü il təvəllüd...