Azərbaycanlılar yüksək sürətə görə kütləvi dava etdi (VİDEO)
Odessada azərbaycanlılar yerli sakinlərlə kütləvi dava edib.
BAKU.WS-in məlumatına görə, hadisəyə səbəb həmyerlilərimizin yüksək sürətlə avtomobili idarə etməsi olub. Avtomobildə olan 5 azərbaycanlı gənc digər ukraynalı gənclərlə mübahisə edib. Məhz bu mübahisə sonradan davaya çevrilib.
Azərbaycanlı gənc onunla mübahisə edən gənclərdən birini maşının kapotunda dörd yola qədər aparıb və 300 metrdən çox məsafə qət edib. Orada isə hüquq mühafizə orqanı əməkdaşı maşını dayandırıb və davaya müdaxilə edib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra böyük səs-küyə səbəb olub.
BAKU.WS
Oxşar xəbərlər
Sərxoş sürücüylə motosikletçi arasında qanlı dava (VİDEO)
Sosial şəbəkədə Rusiyada sərxoş sürücüylə motosikletçi arasında davanın videosu yayılıb. BAKU.WS-in məlumatına görə, kadrlardan göründüyü iki sürücü arasında...