Ukraynada azərbaycanlılarla ermənilər arasında dava düşüb

Ukraynada azərbaycanlılarla erməni və yerli millətdən olan gənclər arasında dava düşüb.
BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə iyulun 30-dan 31-ə keçən gecə Kiyevin mərkəzindəki "Arena City" adlı gecə klubunun yaxınlığında baş verib.
Hadisə yerli millətdən olan bir neçə gəncin 3 azərbaycanlı ilə mübahisə nəticəsində başlayıb. Klubdakı iki erməni gəncin qarşı tərəfdən müdaxiləsi ilə azərbaycanlılarla əlbəyaxa dava düşüb. Polis insidentə müdaxilə etməyib. Ətrafdakıların müdaxiləsi ilə yatırılan davada hər iki tərəfdən yüngül xəsarət alanlar olub.
BAKU.WS

Oxşar xəbərlər
Azərbaycanda polis rəisinin otağında dava düşdü
Azərbaycanda dələduzluqda təqsirləndirilən şəxslə zərərçəkən arasında əlbəyaxa dava düşüb. Hadisə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin rəisi poli...