Azərbaycanda polis rəisinin otağında dava düşdü
12
iyn
2017
20:07
Azərbaycanda dələduzluqda təqsirləndirilən şəxslə zərərçəkən arasında əlbəyaxa dava düşüb.
Hadisə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin rəisi polis polkovnik-leytenantı Füzuli Əhmədovun xidməti otağında baş verib.
Belə ki, dələduzluqda təqsirləndirilərək barəsində cinayət işi başlanılmış Məharət Əliyevlə zərəçəkmiş Almara Qəşədərova arasında əlbəyaxa dava olub. Hadisə nəticəsində hər iki şəxs bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır. (Report)
BAKU.WS
Oxşar xəbərlər
Bakıda tələbə qızlar arasında dava düşdü
Bakıda tələbə qızlar arasında dava olub. BAKU.WS "Report"a istinadən bildirir ki, hadisə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş verib. Belə ki, univer...