Qızılın qiyməti bahalaşacaq

Qızılın qiyməti bahalaşacaq
İqtisadiyyat 1317
“Son 1 ildə dünya bazarında 3.75 faiz bahalaşan qızılın 1 qramı hal-hazırda 42 dollara yaxın təklif edilir”.BAKU.WS xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov Fins.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bu hər unsiyanın qiymətinin 1300 dollar olması deməkdir:” Bu gün qızılın hər unsiyasında 2.5 dollar artım qeydə alınıb. Amma hələlik dünya bazarında qızılın qiymətində kəskin artımlar proqnozlaşdırılmır”.Ekspert əlavə edib ki, məhərrəmlik ayının başlaması ilə bağlı olaraq Azərbaycanın qızıl bazarında durğunluq müşahidə edilir. Bununla belə, güman olunur ki, növbəti ayın ortalarından başlayaraq, daxili bazarda qızıla tələb yenidən yüksələcək və bu da qiymət artımlarına gətirib-çıxara bilər.BAKU.WS

Oxşar xəbərlər

Neftin qiymətinin sürətlə bahalaşmasının SƏBƏBİ BİLİNDİ

Neftin qiymətinin sürətlə bahalaşmasının SƏBƏBİ BİLİNDİ

Brent markalı neftin bir bareli dünya bazarında 55 dollardan baha satılır. Neftin bahalaşması gündəlik qlobal hasilatın ötən ay 720 min barel azalaraq 97.7 mily...

3793 İqtisadiyyat 11:04 18 sentyabr 2017

Son xəbərlər