Dollar dünya bazarında ucuzlaşmağa başladı
Çərşənbə axşamı Amerikanın xidmət sektoru üzrə göstəricinin son 6 ilin minimum səviyyəsində açıqlanmasından sonra dolların dünya valyuta birjalarında qiyməti sürətlə ucuzlaşmağa başladı. Avro/dollar cütlüyü 1.1262$-a kimi bahalaşıb və əlavə olaraq 1.1300$-a kimi də dəyər qazana bilər.
Qızılın qiyməti də bahalaşmağa başlayıb. Belə ki, dolların dünya valyuta birjalarında ucuzlaşması əmtəə birjalarında qızıl qiymətinin də bahalaşmasına təsir edib. Çərşənbə axşamı 1352.46$-a kimi bahalaşan qızılın bir unsiya üzrə qiyməti isə əlavə olaraq 1360$-a kimi də bahalaşa bilər.
Bu gün dünya valyuta birjalarında dolların qiymətinə güclü təsir edə biləcək önəmli fundamental xəbərlə gözlənilmir.
Mənbə: Invest.az
BAKU.WS
Oxşar xəbərlər
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib....