Mikayıl Cabbarov: "Azərbaycan qazı 16 ölkəyə, o cümlədən 10 Aİ ölkəsinə çatdırılır"

Mikayıl Cabbarov: Azərbaycan qazı 16 ölkəyə, o cümlədən 10 Aİ ölkəsinə çatdırılır
İqtisadiyyat 31

"Azərbaycan uzun illər ərzində sabit qaz təchizatı ilə tərəfdaşlarına dəstək olub".

BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

O bildirib ki, bu gün Azərbaycan qazı 16 ölkəyə təchiz olunur. Onlardan 10-u Avropa İttifaqı ölkələridir: "Azərbaycan uzun illər ərzində sabit qaz təchizatı ilə tərəfdaşlarına dəstək olub. Bir çox ölkələr neft və neft məhsulları da təchiz edirik.

Qlobal tərəfdaşlıq sərmayələrinin stimullaşdırılmasına şərait yaradır və ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər öz mənfəətlərini yenidən investisiya edirlər".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər