Azərbaycan qızıl və gümüş istehsalını artırıb - CƏDVƏL

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 187,4 kq qızıl hasil edilib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 10,6% çoxdur.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 1 423,8 kq gümüş istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 41,4% artıb.
Qeyd edək ki, hazırda Azərbaycanda qızıl "AzerGold" QSC və Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti tərəfindən hasil olunur.
"Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
Məhsul növləri | 2020-ci ilin yanvar-aprel aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
Mis filizləri və konsentratları, ton | 740,6 | 113,1 |
Qiymətli metal filizləri və konsentratları, kq | 2 611,2 | 125,5 |
o cümlədən: qızıl | 1 187,4 | 110,6 |
gümüş | 1 423,8 | 141,4 |
Oxşar xəbərlər
Bu günə olan valyuta məzənnələri - SİYAHI
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. BAKU.WS siyahını təqdim edir: Valyuta Kod Kurs ABŞ dolları USD...
