
Prezident İlham Əliyev "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, sərəncamla əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb
BAKU.WS