İran: BAEA-nın qətnaməsi ölkələri nüvə sazişindən çıxmağa sövq edə bilər

İran: BAEA-nın qətnaməsi ölkələri nüvə sazişindən çıxmağa sövq edə bilər
Dünya 0

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyətinin sentyabrın 9-da qəbul etdiyi qətnamə digər ölkələri Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NSYM) çıxmağa sövq edə bilər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi bildirib.

Rezayi BAEA-nın İrana qarşı qəbul etdiyi qətnaməni tənqid edib. Onun sözlərinə görə, sənəd qanunsuz, texniki baxımdan əsassız və sırf siyasi xarakter daşıyır: "BAEA İdarə Heyətinin İrana qarşı qəbul etdiyi qətnamə qanunsuz, texniki baxımdan əsassız, sırf siyasi və qəbuledilməzdir. Qətnamədə ABŞ və İsrailin təzyiqinin açıq izi görünür".

O əlavə edib ki, BAEA-nın siyasiləşdirilmiş və dağıdıcı addımları digər ölkələri Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmağa sövq edə bilər.

Qeyd edək ki, BAEA-nın İdarə Heyəti bundan əvvəl ABŞ və üç Avropa ölkəsinin təklifi ilə İranın nüvə proqramına dair qətnamə qəbul edib. Səsvermə zamanı 23 ölkə sənədin lehinə səs verib, 8 ölkə bitərəf qalıb, 3 ölkə isə qətnamənin əleyhinə çıxıb.

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında nümayəndəliyi qətnaməni qərəzli və siyasi motivli adlandırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər