44 milyonluq qızılı ilə gündəm olan Çağla Öz də saxlanıldı
Təmtəraqlı toyu ilə gündəmə gələn və sosial şəbəkələrdə "Vanlı Kara Haydar" kimi tanınan iş adamı Mehmet Fatih Tançaladan sonra həyat yoldaşı Çağla Öz də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
BAKU.WS xəbər verir ki, hadisə Tançalanın internetdəki paylaşımlarında "Türk millətini, Türkiyə Respublikası dövlətini və dövlətin qurumlarını təhqir etmə" ittihamı ilə başladılıb və o həbs edilib.
İstintaqın dərinləşməsindən sonra çirkli pulların yuyulması maddəsi üzrə araşdırmalar başlayıb.
Bu mərhələdə Mehmet Fatih Tançalanın həyat yoldaşı sosial media fenomeni Çağla Öz də saxlanılıb.
İstintaqın diqqət mərkəzində cütlüyün 6 sentyabr 2026-cı il tarixində etdiyi dəbdəbəli toy mərasimi dayanır.
Ümumi dəyəri 44 milyon lirə olaraq qiymətləndirilən qızıl-ziynət əşyaları, xarici valyuta və nağd pulların mənşəyi hazırda hüquq-mühafizə orqanları tərəfindən addım-addım araşdırılır.
Müstəntiqlər cütlüyün rəsmi gəlirləri ilə nümayiş etdirdikləri yüksək həyat standartı arasındakı uyğunsuzluğu əsas götürərək, toydakı sərvətin mənbəyini ortaya çıxarmağa çalışırlar.
Hazırda istintaq davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
69 yaşlı Mehmet Ali Erbil infarkt keçirdi
Komediyaçı Cem Yılmazdan sonra bu dəfə məşhur şoumen Mehmet Ali Erbil infarkt keçirib. BAKU.WS xəbər verir ki, 69 yaşlı məşhurun evdə olarkən qəfil pisləşib. Ya...