"Arka Sokaklar"ın aktrisasından Kıvançla bağlı ŞOK ETİRAF
"Arka Soakaklar"ın məşhur aktrisası Yüsra Geyik etirafı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o Enis Arıkanın yutub kanalında qonaq olarkən tələbəlik illərindən danışıb.
O bildirib ki, universitetdə oxuyarkən həmkarı Kıvanç Tatlıtuğ ondan dərs qeydlərini verməsini xahiş edib:
"Mən universitetdə hətta Kıvanç Tatlıtuğa dərs qeydləri vermişəm. Eyni universitetdə oxuyurduq. Bir gün mənə dedilər ki, Kıvanç Tatlıtuğ sənin dərs qeydlərini istəyir. Həmin an çox təəccübləndim".
Dərslərinə olan hədsiz bağlılığından da söz açan aktrisa, hətta anasının da bəzən ona istirahət etməyi məsləhət gördüyünü bildirib.
Yüsra Geyikin Kıvanç Tatlıtuğla bağlı etdiyi bu səmimi itiraf qısa zamanda sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Oxşar xəbərlər
Müğənni göz yaşları içində qızını son mənzilə yola saldı
Müğənni Atilla Taşın qızı dəfn edilib. BAKU.WS xəbər verir ki, Mersində binanın 14-cü mərtəbəsindən düşərək həyatını itirən 34 yaşlı qızı Sezen Taş son mənzilə...