VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə ilə Rusiya arasında münasibətlər gərginləşəndən sonra hər iki ölkə arasında iqtisadi əlaqələr də korlanıb.

BAKU.WS
-in məlumatına görə, Türkiyə Rusiyanın təbii qaz satışını dayandıracağından ehtiyatlandığı üçün alternativ yollar axtarışına çıxıb. Türkiyə üçün Qətər və Azərbaycandan sonra İsraildən də sürpriz təklif gəlib. Türkləri sevindirən daha bir açıqlama İsrailin baş naziri Binyamin Netanyahudan gəlib.


Baş nazir Türkiyə ilə bu sahədə danışıqların aparılacağını bildirib. Onun sözlərinə görə, "İsrail-Türkiyə təbii qaz boru xətti" layihəsi yenidən müzakirə predmeti ola bilər.


Qeyd edək ki, burada söhbət 10 milyard kubmetr qazdan gedir. Bu da Türkiyənin Rusiyadan idxal etdiyi 30 milyard kubmetr qazın 1/3 deməkdir.

Ziya Səccad
BAKU.WS