Dünyada neft hasilatı ilin sonunadək müharibədən əvvəlki göstəricilərə yaxınlaşacaq
Yeniliklərdən dərhal xəbərdar olun
IV rübdə "qapalı" həcmlərin orta hesabla 1,4 milyon b/s təşkil edəcəyi və bütövlükdə istehsalın 2027-ci ilin I rübündə əvvəlki səviyyələrə dönəcəyinə baxmayaraq, qlobal neft hasilatı və ticarəti 2026-cı ilin sonuna qədər münaqişədən əvvəlki səviyyəyə qayıdacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) aylıq hesabatından məlum olur.
Yaxın Şərq ölkələrində neft hasilatı münaqişə fonunda may ayında 11,2 milyon b/s olan maksimum azalma həddinə çatdıqdan sonra iyun ayında 8,3 milyon b/s azalıb. Administrasiya xüsusən hesab edir ki, Hörmüz boğazının açılmasından sonra ABŞ və İran arasındakı atəşkəs memorandumunun ardınca Fars körfəzində "qapalı" qalan həcmlər may ayındakı pik 11,2 milyon b/s göstəricisi ilə müqayisədə iyun ayında 8,3 milyon b/s-ə qədər azalacaq.
2026-cı ildə qlobal karbohidrogen istehsalı bir ay əvvəl ehtimal edilən 7,1 milyon b/s deyil, 4,23 milyon b/s azalacaq. İndi ekspertlər hesab edirlər ki, 2026-cı ildə qlobal tədarüklər 106,12 milyon b/s-dən 101,89 milyon b/s-ə qədər azalacaq.
EIA bildirib ki, 2027-ci ildə qlobal təklif, demək olar, 8 milyon b/s artaraq 109,84 milyon b/s-ə çatacaq (əvvəlki hesabatda 10,3 milyon b/s artımla 109,3 milyon b/s-ə çatacağı gözlənilirdi).
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...