Türkiyə Rusiya təhlükəsinə görə Azərbaycandan kömək istəyəcək
"İrandan və Rusiyadan təbii qaz alırıq. Cümə günü Azərbaycanda olacağam. Azərbaycandan aldığımız təbii qaz həcmini müzakirə edəcəyik. Rusiyanın təbii qaz nəqlinin dayanadıracağını zənn etmirik. Bunun üçün lazımlı danışıqlar aparacağıq. Əgər belə bir şey olsa inşallah lazımi görüşlər keçirərik".
BAKU.WS-in məlumatına görə, bunu Türkiyə baş naziri Əhməd Davudoğlu söyləyib. Baş nazir bildirib ki, Rusiya belə bir addım atsa, əlimizdəki bütün imkanları istifadə edəcəyik:
"Güman edirik ki, belə bir şey olmayacaq. Amma olsa, bizim millətimiz, vətəni və qüruru üçün lazımlı fədakarlıqları göstərməyə də hazır bir millətdir. Mənim bu mənada millətimizə güvənim tamdır. Rusiya belə bir addım atsa tədbirlər görəcəyik. Ümid edirəm ki, Rusiya ilə əlaqələrimiz təkrar öz qaydasına düşər", - deyə Ə.Davudoğlu əlavə edib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Ərdoğandan Putinə: "Əgər sübut etsən vəzifədən gedərəm" (VİDEO)
"Qanuni yollarla haradan neft alırıq, haradan təbii qaz alırıq bunların hamısı bəllidir. Terror təşkilatları ilə bu cür mübadilələr edəcək qədər şərəfsiz deyili...