Rusiyadan Türkiyəyə transfer qadağası

Rusiyadan Türkiyəyə transfer qadağası
İdman 847
 

"Yeni ildən sonra Türkiyədən futbolçu transferinə icazə verilməyəcək". 

 

BAKU.WS-in məlumatına görə, bunu Rusiya idman naziri və Rusiya Futbol Federasiyasının prezidenti Vitali Mutko söyləyib. O bildirib ki, 2016-cı ilin yanvar ayından etibarən Türkiyədən futbolçu transfer edilməyəcək. 

Rusiyanın "Rubin Kazan" komandasında forma geyən türk futbolçu Gökdeniz Karadeniz haqqında da danışan Mutko sözlərinə belə davam edib: "Gökdeniz çox yaxşı şəxsiyyətdir. Hər kəs onun kimi olsa, hər şey yaxşı olardı. Gökdeniz əslində rus sayılır. Gökdeniz ölkəmizdə qalacaq", - deyə Mutko söyləyib.

Kazan klubunun rəhbəri İlgiz Fəxriyev isə Rusiya ilə Türkiyə arasındakı problemin Gökdenizə təsir etməyəcəyini bildirib. 

Xatırladaq ki, rus təyyarəsinin vurulmasından sonra Türkiyə və Rusiya arasında gərginlik artıb. İki ölkə arasında bütün iqtisadi, siyasi və hərbi əlaqələr qısa zamanda məhdudlaşıb.

Şahin Həbibov

BAKU.WS 

Son xəbərlər