Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla başlayıblar
Azərbaycan güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla başlayıblar.
BAKU.WS xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə millinin 3 üzvü fəxri kürsüyə qalxıb.
Emin Cavadlı (55 kq) finalda ermənistanlı Edqar Petrosyana "tuş"la qalib gələrək Avropa çempionu olub.
Cavidan Nehmətov (77 kq) həlledici görüşdə ermənistanlı Samvel Terteryana (0:4), Orxan Hacıyev (87 kq) isə finalda rusiyalı Mixail Şkarinə (0:10) məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə çıxıb.
Museyi-Kazım Hüseyn (130 kq) bürünc medal görüşündə türkiyəli Üzeyir Bostana ilk xal prinsipinə əsasən (1:1) uduzub.
Oxşar xəbərlər
Messi dünya çempionatlarında assistlərin sayına görə Maradonanı geridə qoyaraq ilk sıraya yüksəlib
Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatları tarixində ən çox məhsuldar ötürmə edən futbolçular sırasında həmyerlisi Dieqo Maradonanı geridə...