Raulun cansız bədəni tapıldı, Zeynəb hələ də axtarılır: Mərdəkandakı faciənin TƏFƏRRÜATI
İyulun 6-da axşam saatlarında Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə bir ata və üç övladının batması ilə nəticələnən hadisə zamanı yeni detallar ortaya çıxıb.
Hadisə yerində olan ailə yaxınlarının verdiyi məlumata görə, ailə dənizə istirahət etmək üçün gəlibmiş.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatları nəticəsində 51 yaşlı Rasim Məmmədov və 10 yaşlı qızı Aytən Məmmədzadə xilas edilib. Axtarışlar zamanı dalğıclar R.Məmmədovun 21 yaşlı oğlu Raul Məmmədovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hazırda dənizdə batdığı ehtimal olunan 19 yaşlı Zeynəb Məmmədzadənin axtarışları davam etdirilir.
Qohumlar dənizli və küləkli hava şəraitində valideynlərə övladlarını suya gətirməməyi tövsiyə edərək, bu cür halların tez-tez baş verdiyini və ərazidə nəzarətin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Oxşar xəbərlər
Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb
Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb: BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Sə...