Xocavəndin iki kəndinə ilk köç karvanı çatıb, mənzillərin açarları təqdim olunub

Xocavəndin iki kəndinə ilk köç karvanı çatıb, mənzillərin açarları təqdim olunub
Foto
Siyasət 179

Növbəti köç karvanı Xocavəndin iki kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, açarların təqdimetmə mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edib.

*** 14:21

Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə yola salınan köç karvanı kəndə çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, kəndə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə kəndə 15 ailə (51 nəfər) köçürülüb.

*** 13:30

Xocavəndin Quzeyxırman və Güneyxırman kəndinə yola salınan ilk köç karvanı kəndlərə çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, kəndlərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

*** 07:56

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Şuşa rayonunun Kiçik Qaladərəsi, Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

BAKU.WS AZƏRTAC-a xəbər verir ki, bu mərhələdə Quzeyxırman kəndinə 21 ailə 87 nəfər, Güneyxırman kəndinə 18 ailə 72 nəfər, Kiçik Qaladərəsinə isə 15 ailə 51 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Son xəbərlər