Təhsil müəssisələrində geyim tələbləri TƏSDİQLƏNDİ
Milli Məclis dövlət ümumi təhsil müəssisələrində müəyyən edilən geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbitini üçüncü oxunuşda qəbul edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi mövcud qaydaların hüquqi əsaslarını daha da dəqiqləşdirmək və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid yanaşma əsasında tətbiqini təmin etməkdir.
Sənəddə həmçinin təhsilverənlər üçün də geyimlə bağlı hüquqi əsasın yaradılması vurğulanıb.
Bildirilib ki, dəyişiklik dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da möhkəmləndirilməsinə yönəlib.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq son oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
"Bölgələrdə qiymətlər əlçatmazdır": Vətəndaşlar istirahət üçün xarici ölkələri seçirlər
İnsanların böyük əksəriyyəti istirahət üçün məhz yay fəslini seçir. Bu mövsüm turizm sahəsində də canlanma dövrüdür. Bəziləri istirahətini dəniz kənarında, bəzi...