Yaponların sayı sürətlə azalır

Yaponiyada əhalinin sayında rekord səviyyədə azalma müşahidə olunur.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın uzun illərdir mübarizə apardığı demoqrafik böhran yenidən gündəmə gəlib.
Ölkədə yapon vətəndaşlarının sayı son bir ildə 900 mindən çox azalıb. Bu, ölkənin iqtisadi və sosial sisteminə ciddi təzyiq göstərməkdə davam edir. Daxili İşlər və Kommunikasiya Nazirliyinin açıqladığı son statistikaya görə, ölkədə yapon vətəndaşlarının sayı ötən illə müqayisədə təxminən 908 min nəfər azalaraq 120 milyon 653 minə düşüb.
Bu göstərici 1968-ci ildən bəri aparılan əhali sayımı tarixində ən böyük illik azalma kimi qeydə alınıb. Son məlumatlar Yaponiyada əhalinin 16 ildir ardıcıl olaraq azalmaqda olduğunu təsdiqləyir. Demoqrafik eniş, ölkənin iqtisadi dayanıqlığı və sosial təminat sistemi üçün getdikcə daha böyük təhlükə yaradır.
Mütəxəssislər əhalinin azalmasının əsas səbəbləri sırasında cəmiyyətin sürətlə qocalmasını və gənc nəsildə doğum səviyyəsinin kəskin şəkildə aşağı düşməsini göstərirlər.
Oxşar xəbərlər
Ermənistanda ARA QARIŞDI, Xocalı cəlladları hərəkətə keçdilər
Ermənistanın keçmiş prezidentləri kilsə üzərindən nüfuz savaşları aparırlar. Onların əsas məqsədi bütün vasitələrlə Paşinyan hakimiyyətini devirməkdir. Elə İrəv...
