Yaponiyada rekord yağışlar 8 nəfərin həyatına son qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyanın Çiba prefekturasında güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 4 nəfər yaralanıb.
BAKU.WS Yaponiya Meteorologiya Agentliyinə istinadən xəbər verir ki, 12 saat ərzində əraziyə 348 millimetr yağış düşüb. Bu göstərici avqust ayının orta yağıntısından təxminən 3 dəfə çoxdur.
Çiba, Kaşiva, İçikava, Sakura və Yaçiyo şəhərlərində müxtəlif hadisələr qeydə alınıb.
Güclü yağışlar torpaq sürüşməsi riskini də artırıb. Bölgədə ən yüksək səviyyəli fövqəladə xəbərdarlıq aşağı səviyyəyə endirilib.
Sakinlərə mümkün yeni yağıntılarla bağlı ehtiyatlı olmaq çağırışı edilib.
Oxşar xəbərlər
Putin və Tramp Çində Rusiya-Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp Çindəki APEC sammitində planlaşdırılan ikitərəfli görüşdə Moskva ilə Kiyev arasında münaqişəsinin niz...