Yaponiya yeni nəsil "HTV-X" yük aparatını kosmosa göndərdi
28
okt
2025
21:21
Yaponiya Beynəlxalq Kosmos Stansiyasına (ISS) təchizat aparmaq üçün hazırlanmış yeni nəsil pilotsuz "HTV-X" yük aparatını kosmosa göndərib.
BAKU.WS xəbər verir ki, Tanegaşima Kosmos Mərkəzindən "H3" raketi ilə buraxılan aparat yeni enerji sistemi ilə təchiz edilib və aşağı temperaturda saxlanılması tələb olunan elmi nümunələri daşımaq imkanına malikdir.
"HTV-X"in oktyabrın 30-da kosmik stansiyaya çatacağı, orada 6 ay qalacağı və daha sonra 3 ay müddətinə orbitdə sınaq uçuşları həyata keçirəcəyi planlaşdırılır.
Oxşar xəbərlər
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
"İstər bazar manipulyasiyası, istər birja oyunları, istərsə də bələdiyyələrdə olduğu kimi açıq-aşkar korrupsiya yolu ilə olsun, kim millətin haqqına, hüququna,...