Van Damm insan alveri ilə bağlı cinayət işi üzrə mühakimə oluna bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Rumıniyanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Prokurorluğu (DIICOT) aktyor Jan-Klod Van Damma qarşı insan alveri ilə bağlı araşdırmalara başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə TASS yerli KİV-ə istinadən məlumat yayıb.
65 yaşlı Van Damm 10 ildən çox əvvəl insan alverinin qurbanı olmuş rumıniyalı qadınlarla cinsi əlaqədə olmaqda ittiham olunur. İş materiallarına görə, məşhur Kannda bir neçə qadını "hədiyyə" alıb.
Vəkil Adrian Koukoulisin sözlərinə görə, Van Damm "həssas vəziyyətdə" olan beş qadınla cinsi əlaqədə olmaqda şübhəli bilinir. Prokurorluğun məlumatına görə, cinayət biznesi model agentliyi adı altında sahibkar Morel Bol tərəfindən təşkil edilib. 2022-ci ildə Bol, istintaqı hələ də davam edən yetkinlik yaşına çatmayanların alveri işində əsas müttəhim olub.
DIICOT, Jan-Klod Van Dammın adının göründüyü işi qəbul etdiyini təsdiqləyib.
Oxşar xəbərlər
Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib
Yaxın Şərqdə gərginliyin artması fonunda Pakistan Səudiyyə Ərəbistanına hərbçilər göndərib. BAKU.WS xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi "X" sos...