Tramp: Venesuela ABŞ bazarı üçün 50 milyon barrelədək neft verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Venesuela rəhbərliyinin Amerika Birləşmiş Ştatlarına satış məqsədilə 30–50 milyon barrel həcmində neft tədarük etməyə razılaşdığını açıqlayıb. Onun sözlərinə görə, bu satışdan əldə olunacaq vəsaitlərə nəzarət birbaşa onun səlahiyyətində olacaq.
BAKU.WS xəbər verir ki, Tramp bu məlumatı özünün "Truth Social" hesabında paylaşıb.
ABŞ lideri bildirib ki, sanksiyalara məruz qalan, lakin yüksək keyfiyyətli Venesuela nefti dünya bazar qiymətləri ilə satılacaq.
"ABŞ Prezidenti olaraq həmin gəlirlərin həm Amerika, həm də Venesuela xalqlarının rifahına xidmət etməsinə şəxsən nəzarət edəcəyəm", – deyə Tramp vurğulayıb.
O, həmçinin ABŞ-nin energetika naziri Kris Rayta bu təşəbbüsün operativ şəkildə icrası ilə bağlı göstəriş verdiyini və neftin yaxın vaxtlarda Amerika limanlarına çatdırılacağını qeyd edib.
Oxşar xəbərlər
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
Rusiyanın Sankt-Peterburq şəhərində 28 yaşlı azərbaycanlı Yaqub Süleymanov keçmiş sevgilisini qətlə yetirməkdə şübhəli bilinir. BAKU.WS-in məlumatına görə, hadi...