Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar olaraq Rusiyaya qarşı daha əvvəl tətbiq edilmiş bəzi sanksiyaların müddətini bir il uzadıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrə daxil olmuş bildirişdə qeyd olunur.
Söhbət 2022-ci ilin fevralında ABŞ-nin 46-cı prezidenti Co Bayden administrasiyası, 2018-ci ilin sentyabrında Tramp administrasiyası (onun ilk prezidentlik dövründə), eləcə də 2014-cü ilin mart və dekabr aylarında ABŞ-nin 44-cü prezidenti Barak Obama administrasiyası tərəfindən Krımla bağlı tətbiq edilən məhdudiyyətlərdən gedir.
Sənəddə vurğulanır ki, Tramp bu tədbirlərin 6 mart 2026-cı ildən sonra da qüvvədə qalmalı olduğunu hesab edir.
Oxşar xəbərlər
Snapçat şirkəti 1000 əməkdaşını ixtisar edir
"Snapchat" platformasının sahibi olan Snep şirkəti xərcləri azaltmaq və süni intellektə keçidi sürətləndirmək məqsədilə 1000 nəfəri işdən çıxaracağını açıqlayıb...